Konsyerj xidməti

Rabitəbankın

MasterCard sahibləri, bu gündən etibarən, @RabitabankBot üzərindən, istənilən sorğuları həyata keçirən və təkliflər verən konsyerj xidmətini aktivləşdirir. Müştərilər, Telegram və Facebook messencer vasitəsi ilə, Rabitabankbot-a daxil olub, mastercard kartlarını qeydiyyatdan keçirərək, konsyerj xidmətindən yararlana bilər.

Xidmətə qoşulmaq üçün menyuya daxil olaraq, MasterCard Concierge düyməsini klikləməniz kifayət edir. Qeyd edək ki, düyməni kliklədikdən sonra, xidmətə qoşulma müddəti 30 dəqiqə - 2 saat aralığında baş tutacaq.

RabitabankBot ilə sizinlə əlaqədə olan konsyerjiniz bilet sifarişi, istədiyiniz ölkəyə qeyd etdiyiniz büdcə ilə tur təklifləri, mehmanxanalarda otaqların bronlaşdırılması, nəqliyyat sifarişi və buna bənzər çox sayda istəklərinizin reallaşdırılmasında yardımcı olacaqdır.

Qeyd edək ki, Xidmət Rabitəbankın MasterCard platinum , MasterCard world, MasterCard business və MasterCard Black Edition kartları üçün keçərlidir.

 

İstifadə üçün: