Transfer krediti

Biz uzun zamandan bəridir əhalinin kredit mövzusunda olan istəklərini müşahidə edirik və nəhayət, bu istəklərin nəticəsi olaraq digər banklarda krediti olan şəxslər üçün sərfəli Transfer kreditini hazırladıq!

Transfer kreditinin mahiyyəti belədir: Digər banklarda krediti olan bütün şəxslər həmin kreditlərini daha sərfəli şərtlərlə Rabitəbanka transfer edə və beləliklə vəziyyəti öz xeyirlərinə dəyişə bilərlər.

Ümumilikdə transfer kreditinin şərtlərinə əsasən müştərilərə illik cəmi 19% faizlə və heç bir komissiya ödəmədən digər banklardakı mövcud kreditlərini Rabitəbanka keçirmək təklif olunur.

Transfer krediti elə bir universal kredit məhsuludur ki, eyni zamanda bir neçə müştəri istəyinə xitab edir:

- Mövcud kreditinin müddətini artırıb, aylıq ödənişini azaltmaq istəyənlərə;
- Mövcud kreditinin faizini azaltmaq istəyənlərə;
- Müxtəlif banklarda olan bir neçə kreditini bir kreditə çevirərək mərkəzləşdirmək istəyənlərə;
- ABŞ dollarında və digər xarici valyutalarda olan kreditlərini manat kreditinə çevirmək istəyənlərə
 
Məhsulun adı “Transfer kredit”
Məhsulun şərtləri: 
Məbləğ: 200 – 15 000 AZN
Müddət: 3 - 36 ay
Komissiya: 0%
Borcalanın yaşı: 20 – 65 yaş
Borcalanın iş yeri: Dövlət müəssisələri və özəl sektor, Publik Hüquqi şəxslər
Borcalanın iş stajı: Minimum 4 ay (Ümumi iş stajı 6 ay)
Faiz dərəcəsi: 19%
Tələb olunan sənədlər:
  • Şəxsiyyət vəsiqəsi,
  • İş yerindən arayış;
  • elektron arayış; 
  • iş vəsiqəsi+ə/h hesabından çıxarış
  • VÖEN;
  • bank hesabından çıxarış (xidməti müqavilə ilə çalışanlara);
Zaminlik: Kredit məbləği 3000 AZN-dək zaminsiz.


  • Müraciət et