FAQ

  • Kreditlər

    1. Rabitəbankın hansı kredit məhsulları var?
        Nağd pul
        Təminatlı nağd pul
        Lombard
        Kredit kartları
        Avtomobil krediti
        İpoteka


    2. Kredit götürmək üçün nə qədər maaş olmalıdır?
        Minimum əmək haqqı həddi yoxdur (yalnız kredit kartları üzrə min. 400 azn)


    3. Kredit əldə etmək üçün hansı sənədlər təqdim edilməlidir?
        Şəxsiyyət vəsiqəsi;
        İş yerindən arayış;
        elektron arayış;
        iş vəsiqəsi və ə/h hesabından çıxarış;
        VÖEN və bank hesabından çıxarış (xidməti müqavilə ilə çalışanlara);


    4. Tək şəxsiyyət vəsiqəsilə kredit verilir?
        Xeyr. Kredit əldə etmək üçün şəsiyyət vəsiqəsindən əlavə gəlirlərinizi təsdiq edən sənəd təqdim edilməlidir. (Lombard istisna olmaqla).


    5. Kredit neçə günə rəsmiləşdirilir?
        Kreditin növündən asılı olaraq müddət dəyişə bilər. İpoteka istisna olmaqla digər kreditlər elə həmingün ərzində (nağd pul, lombard və s.)


    6. Kredit ödənişim qeyri-iş gününə təsadüf etdikdə gecikmə hesablanır?
        Xeyr. Siz kredit üzrə ödənişinizi qeyri –iş günündən öncə və yaxud növbəti iş günü mütləq ödəməlisiniz.


    7. Kredit ödənişini bankın başqa filiallarında həyata keçirə bilərəm?
        Bəli. Kredit ödənişini Rabitəbankın 25 satış nöqtəsinin hər birində, o cümlədən e-manat ödəniş terminalları, e-pul və hesab.az  vasitəsilə həyata keçirə bilərsiniz.


    8. Kredit ayrılarkən digər banklardakı öhdəliklərim nəzərə alınır?
        Bəli. Kredit mütəxəssisi kredit təhlilini həyata keçirdiyi vaxt müştərinin digər öhdəliklərini nəzərə alır.


    9. Kredit ödənişini necə həyata keçirmək olar?
        Onlayn şəkildə E-manat, e-pul və hesab.az vasitəsilə və ya filiallarımıza yaxınlaşaraq yerində ödəniş edə bilərsiniz.


    10. Hansı hallarda zamin tələb edilə bilər?
        Kreditin növündən və məbləğindən asılı olaraq zaminlik şərtləri dəyişir.

  • İpoteka

    1. İpoteka kreditini hansı filiallardan əldə etmək mümkündür?
    Bakı Mərkəz, Nərimanov, Nizami Yasamal filialları və Gəncə şəhərində Gəncə filialına müraciət etməklə xidmətimizdən yararlana bilərsiniz.


    2. İpoteka kreditləri almaq üçün minimal əmək haqqı tələbi varmı?
    Borcalanın gəlirləri onun mövcud xərclərinin (ailə, digər öhdəliklər) və ipoteka ilə bağlı yaranacaq xərclərinin (aylıq annuitet ödənişi, sığorta ödənişi və s.) ödənilməsi üçün kifayət etməlidir.

  • Plastik Kartlar

    1. Debet kart nədir?
        Kart sahibinə hesabında olan pul vəsaiti, həmçinin kart sahibi ilə bağlanmış müqavilədə nəzərdə tutulduğu halda ayrılmış “overdraft” həcmində bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması və/və ya xərclər aparmaq imkanı verən kartdır.


    2. Kartın istifadə müddəti bitibsə, kartdakı məbləği necə nağdlaşdıra bilərəm?
        Kartın vaxtı bitibsə, siz yenidən kart sifariş edərək və ya bankın kassası vasitəsilə kart hesabında olan vəsaiti nağdlaşdıra bilərsiniz.


    3. Kartı itirdikdə və ya pin kodu unutduqda nə etməli?
        Kart itirildikdə və ya oğurlandıqda, dərhal, 24 saat ərzində fəaliyyət göstərən “AzeriCard” müştəri xidmətinə və ya Banka müraciət edərək, kartı bloklaşdırmalısınız. Daha sonra isə yeni kart əldə etmək üçün Sizə xidmət göstərən  'Rabitəbank' ASC-nin filial və ya şöbəsinə yaxınlaşmağınız xahiş olunur. “AzeriCard” müştəri xidmətinin telefonları: (012) 598 46 97 (ölkədaxili stasionar telefonlardan zənglər pulsuzdur), və ya (012) 194 (“Bakcell”dən - 012 194, “Nar Mobile”dan - 194, “Azercell”dən - 194 və xaricdən +99412 194 (ödənişlidir)). 'Rabitəbank' ASC-nin Müştəri xidmətinin telefonu: 133.


    4. Kart dollar hesabı ilə açılıb, Avropaya səfər zamanı nə etməli?
        Sizin kart hesabınız ABŞ dolları valyutasnda açılmışdırsa, avro zonada əməliyyat aparılan zaman Sizdən kartın məhsulundan asılı olaraq Mərkəzi Bankın məzənnəsi və konvertasiya komissiyası tutulacaq.


    5. İnternet Bankçılıq / Mobil Bankçılıq xidmətinə necə qoşulmaq olar? Xidmətd pulsuzdur?
        Bankımızın təqdim etdiyi İnternet Bankçılıq (İB) və Mobil Bankçılıq (MB) xidmətlərinə pulsuz olaraq qoşula bilərsiniz.


    6. “SMS Banking” xidmətinə necə qoşulmaq olar?
        “SMS Banking” xidmətinə qoşulmaq üçün Siz aşağıda göstərilən variantlardan birini istifadə edə bilərsiniz:
    - Bankın filial və ya şöbələrinə yaxınlaşaraq
    - Bankın Müştəri Mərkəzinə zəng edərək
    - “AzəriKard” MMC daxilində xidmət olunan hər hansı bankın ATM-i vasitəsilə.


    7. Hesabdan çıxarışı əldə etmək üçün hara müraciət etmək olar?
        Hesabdan çıxarış əldə etmək üçün siz Bankın filial və ya şöbəsinə müraciət etməlisiniz, eləcə də Bankın İB, MB və ITM vasitəsilə məlumatları əldə etmək olar.


    8. Kartı onlayn sifariş edə bilərəm? Çatdırılma varmı?
    Bəli, kartları bankımızın rəsmi veb səhifəsindən sifariş etmək mümkündür. Kartlar müştərinin istəyinə əsasən ünvana çatdırıla bilər. Bunun üçün Sizdən xidmət haqqı (5 AZN - filialın yerləşdiyi şəhər daxilində, 10 AZN - filialın yerləşdiyi şəhərdən kənar ərazilərə) tutulacaq.


    9. Kartımda hər hansı istifadəçi limiti mövcuddur?
    Bəli, mövcuddur. Limitlər kartınızın təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunur. Həmin limitlər nəzərinizə çatdırılır.


    10. Ticarət və xidmət məntəqələrində kartla ödəniş edildikdə komisyon haqq tutulurmu?
    Ticarət və xidmət məntəqələrində kartla ödəniş edildikdə komisyon haqqı tutulmur.


    11. Digər bankların bankomatlarından vəsaiti nağdlaşdırdıqda komisyon haqqı tutulurmu?
    Bəli, tutulur. Komissiyalar aşağıda göstərilmişdir.

  • Pul köçürmələri

    1. Məbləğ göndərərkən və ya alarkən hansı sənədləri təqdim etmək lazımdır?
        Pul köçürməsi əməliyyatlarını apararkən banka aşağıda göstərilən sənədlər təqdim edilməlidir:
        1. şəxsiyyət vəsiqəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün);
        2. pasport, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsi (əcnəbilər üçün);
        3. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün vətəndaşlığı olmayan şəxslərə verilən icazə vəsiqəsi;
        4. hərbi bilet (həqiqi hərbi xidmətdə olan şəxslər üçün);
        5. hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (kursantların həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa) onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq şəxsiyyəti təsdiq edən müəyyən edilmiş formada verilmiş vəsiqələr;
        6. kursantların həqiqi hərbi xidmətinə daxil olmuş Azərbaycan Respublikasının vətəndaşlarına verilmiş hərbi bilet;
        7. qaçqın vəsiqəsi (qaçqın statusu olan şəxslər üçün).


    2. Xarici ölkəyə köçürülən məbləğ ən tez hansı müddətdə alına bilər?
        Müştəri hesabından apardığı köçürmə zamanı maksimum 2 gün müddətinə pulu əldə edə bilər. (ödəniş tapşırığında müxbir bankların sayından asılı olaraq) Sürətli pul köçürmələri vasitəsilə pul köçürən zaman isə bir neçə dəqiqəyə pulu əldə etmək mümkündür.


    3. Xarici ölkələrə hansı valyutada köçürmə etmək olar?
        Müştərilər ölkə xaricinə ABŞ Dolları, AVRO, Funt Sterlinq ,İsveçrə Frankı və Rusiya Rublu ilə köçürmə edə bilər.


    4. SPK vasitəsi ilə məbləği alan şəxsin hansı məlumatları bilməsi zəruridir?
         Sürətli Pul Köçürmələri vasitəsi ilə məbləği alan şəxs, köçürmənin kodunu, adına daxil olan məbləği və valyutasını, göndərənin S.A.A və göndərilən ölkə haqqında məlumatları bilməsi zəruridir.


    5. Ölkə xarcinə köçürmə etmək üçün hesab açılması mütləqdirmi?
        Fiziki şəxslər tərəfindən 1000 ABŞ dolları məbləğindən artıq olan köçürmələrdə Bank tərəfindən mütləq qaydada müştəriyə hesablaşma hesabı açılır.Rezident və qeyri-rezident fiziki şəxslər Azərbaycan Respublikasından kənara bank hesabı açmadan xarici valyuta köçürmələrini bir əməliyyat günü ərzindəˬ 1000 (bir min) ABŞ dolları, təqvim ayı ərzində isə 10000 (on min) ABŞ dolları ekvivalentinədək məbləğdə köçürə bilər. Hüquqi şəxslər tərəfindən pul köçürməsi zaman məbləğdən asılı olmayaraq hesablaşma hesabı açılmalıdır.


    6. Ölkədaxili hansı sistem ilə, hansı valyutada və hansı məbləğdə pul köçürmə əməliyyatı aparmaq mümkündür?
        Cari hesabdan ölkənin hər hansı bir bankında olan hesabınıza və ya digər şəxsin hesabına AZN və USD valyutalarda pul köçürülməsi mümkündür. Köçürmələr AZİPS və ya XÖHKS sistemi vasitəsilə aparıla bilər. Köçürmə məbləği üzrə məhdudiyyət yoxdur. Bankımızın “BARAT” pul köçürməsi sistemi vasitəsilə hesab açmadan “Rabitəbank” ASC-nin istənilən filial şəbəkəsi arasında vəsait köçürülməsi mümkündür. Köçürmələri AZN və USD valyutalarda aparmaq mümkündür. İBA EXPRESS və Manat Express pul köçürmə sistemləri vasitəsilə müştərilər hesab açmadan Azərbaycan daxilində AZN və USD valyutalarda vəsaiti köçürə bilərlər.


    7. Ödənişə necə düzəliş etmək olar və ya onu ləğv etmək mümkündürmü?
    Bankın filial və şöbələrinə müraciət edərək ödənişə düzəliş və ya ləğv olunması mümkündür.


    8. Terminallar vasitəsilə pul köçürməsi mümkündürmü?
        Ölkə ərazisində yerləşən istənilən E-manat terminallar vasitəsilə Bankımızın “BARAT” pul köçürməsi sistemini seçərək “Rabitəbank” ASC-nin istənilən filial şəbəkəsi arasında vəsait köçürülməsi mümkündür.


    9. İnternetBanking vasitəsilə pul köçürmələri mümkündürmü?
        Bankın istənilən müştərisi “Rabitəbank” ASC-yə məxsus İnternet Bankçılıq vasitəsilə Öz hesabları arasında, Ölkədaxili və Ölkəxarici köçürmələri rahat bir şəkildə banka gəlmədən apara bilər. Bundan əlavə İnternet Bankçılıq vasitəsilə bankımızın təqdim etdiyi “BARAT” sürətli pul köçürməsindən istifadə edərək “Rabitəbank” ASC-nin filial şəbəkəsi arasında pul köçürmələri mümkündür.

  • Əmanətlər

    1. Sizin bankda hansı əmanət növləri var və illik neçə faiz tətbiq edilir?
        Bankımızda aşağıda qeyd olunmuş növlərdə əmanətlər mövcuddur.
        Fiziki şəxslər üçün:
        Universal əmanəti
        Faiz dərəcəsi - 10 %-dək.
        Müddəti - 3 - 24 ay
        Faizlərin ödənilmə tezliyi - əvvəlcədən, aylıq, rüblük, müddətin sonunda.
        Minimal məbləğ - 200 AZN/USD; 500 (Ətraflı)
        Uşaq yığım əmanəti
        Faiz dərəcəsi - 5 %
        Müddəti - uşağın 18 yaşı tamam olanadək.
        Faizlər ildə bir dəfə kapitallaşır və müddətin sonunda verilir.
        Minimal məbləğ - 200 AZN/USD (Ətraflı)
        Kartmane
        Faiz dərəcəsi - 6 %-dək.
        Müddəti - 24 ayadək.
        Minimal məbləğ - 100 AZN/USD (Ətraflı)


    2. Yerləşdirilmiş əmanətlər sığortalanırmı?
        “Rabitəbank” ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Belə ki, “Fondun Himayəçilik Şurasının 02 mart 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara (Protokol № 66) əsasən 02 mart 2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsi - 3 faizədək, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsi - 15 faizədək həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində, yəni 02 mart 2019-cu il tarixədək, tam sığortalanır.”


    3. Əmanətlər hansı valyutada qəbul olunur?
        Bankımızda əmanətlər AZN , ABŞ Dolları və AVRO valyutalarda qəbul olunur


    4. Əmanətin yerləşdirilməsi zamanı hansı sənədləri təqdim etmək lazımdır?
        Əmanət yerləşdirilən zaman aşağıda qeyd olunmuş sənədlər lazımdır:
        1. şəxsiyyət vəsiqəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün);
        2. pasport, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsi (əcnəbilər üçün);
        3. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün vətəndaşlığı olmayan şəxslərə verilən icazə vəsiqəsi;
        4. hərbi bilet (həqiqi hərbi xidmətdə olan şəxslər üçün);
        5. hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (kursantların həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa) onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq şəxsiyyəti təsdiq edən müəyyən edilmiş formada verilmiş vəsiqələr;
        6. kursantların həqiqi hərbi xidmətinə daxil olmuş Azərbaycan Respublikasının vətəndaşlarına verilmiş hərbi bilet;
        7. qaçqın vəsiqəsi (qaçqın statusu olan şəxslər üçün).\


    5. Məndən başqa əmanət hesabımdan kim pulumu məxaric edə bilər?
        Əmanət hesabı üzrə əməliyyat aparılması hesab üzrə əməliyyatların başqa şəxsə həvalə edilməsi halında mümkündür. Hesab üzrə əməliyyatları başqa şəxslərə həvalə edilməsi, notariat qaydasında təsdiq olunmuş
    etibarnamə və ya müştərinin ərizəsi əsasında onun iştirakı ilə bank tərəfindən imza vərəqəsində təsdiq olunması ilə təmin edilir.


    6. Əmanət yerləşdirdikdən sonra məbləğini artırmaq və ya azaltmaq mümkündür?
        Əmanətin qismən azadılmasına icazə verilir. Əmanət növündən yalnız Uşaq yığım əmanətində məbləğə əlavə etmək mümkündür.


    7. Əmanətin vaxtı bitdikdən sonra prolonqasiya hansı şərtlərlə olur?
        Müqavilənin müddəti bitdikdə Əmanətçi müqavilənin müddətinin uzadılması üçün Banka şəxsən (və ya nümayəndəsi ilə) müraciət etmədikdə (əmanəti götürmədikdə), müqavilənin bitməsi tarixinə qüvvədə olan əmanət tarifləri tətbiq olunmaqla eyni müddətli, valyutalı və faizlərin eyni ödənilmə tezliyi ilə əmanət növü mövcuddursa, müqavilə eyni müddətli, valyutalı və faizlərin eyni ödənilmə tezliyi ilə uzadılır. Müddəti bitmiş müqavilənin müddət, valyuta və faizlərin eyni ödənilmə tezliyi şərtlərindən biri yoxdursa, müqavilənin müddəti aşağıdakı qayda və şərtlərlə müqavilənin başa
    çatdığı tarix qüvvədə olan əmanət tarifləri tətbiq olunmaqla avtomatik olaraq uzadılır:
        -Manat və ABŞ dolları ilə 1 (bir) ilə qədər(1 il daxil olmaqla) qədər bağlanmış müqavilələr üzrə əmanət yenidən – 1 (bir) il müddətinə və faizlərin aylıq ödənilməsi şərtilə;
        -Manat və ABŞ dolları ilə 1(bir) ildən yuxarı müddətə bağlanmış müqavilələr üzrə – 2 (iki) il müddətinə və faizlərin aylıq ödənilməsi şərtilə.
        -AVRO ilə bağlanmış müqavilələr üzrə – tələb olunanadək əmanət növünün şərtlərinə uyğun olaraq. Müddəti uzadılan əmanət müqaviləsinə bankda həmin növ əmanət üzrə qüvvədə olan faiz dərəcəsi tətbiq edilir.


    8. Əmanətimi bir filialda yerləşdirib başqa filialdan götürə (çıxara) bilərəm?
        Əmanətin çıxarilmasının yalnız əmanət yerləşdirilmiş filiala yaxınlaşaraq icra edilməsi mümkündür.